İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi və nümayəndə heyətini daşıyan təyyarə bu gün səhər (çərşənbə günü) Dəməşq Beynəlxalq Hava Limanına enib.
Dəməşq hava limanında Rəisi Suriyanın İqtisadiyyat və Xarici Ticarət naziri Məhəmməd Samir Əl-Xəlil tərəfindən qarşılanıb. Suriya prezidenti də daha sonra Rəisini rəsmi şəkildə qarşılayacaq.
Ayətullah Rəisi və onu müşayiət edən nümayəndə heyəti Suriyaya iki günlük səfəri zamanı Suriyanın yüksək səviyyəli rəsmiləri ilə siyasi əlaqələrin gücləndirilməsi və möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcək.
Prezident Rəisi, həmçinin İran və Suriya iş adamlarının birgə toplantısında iştirak edəcək və onlarla söhbət edəcək
Suriyada yaşayan İran vətəndaşları ilə görüş və Suriyadakı müqəddəs yerləri ziyarət etmək də Rəisinin Suriyaya səfərinin digər proqramlarındandır.
Bu, 2011-ci ildən bəri İran İslam Respublikası prezidentinin Suriyaya ilk səfəridir.
342/