Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya
Belarusda taktiki nüvə silahı yerləşdirəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
V.Putinin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan ölkəsində taktiki nüvə silahı yerləşdirməyi xahiş edib.
V.Putin əlavə edib ki, Rusiya artıq Belarusa nüvə başlığı daşıya biləcək “İsgəndər” raket kompleksini təhvil verib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!