21 mart 2023 - 16:49
Moskvada səfərdə olan Si Cinpin Putinlə danışıqları uğurlu və konstruktiv adlandırıb

Si Cinpin: “Çin və Rusiya çoxqütblü dünya yaratmaq üçün konstruktiv gücü möhkəmləndirəcəklər".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə danışıqları məhsuldar adlandırıb.

Bu barədə cənab Cinpin Putin cənabları ilə apardıqları danışıqların yekun ilə əlaqədar mətbuata verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çin-Rusiya əlaqələri müasir dünya nizamı üçün çox vacibdir.

"Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq beynəlxalq münasibətlərin fundamental normalarını dəstəkləməyə davam edəcəklər.

Çin və Rusiya çoxqütblü dünya yaratmaq üçün konstruktiv gücü möhkəmləndirəcəklər", deyə Cinpin qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və Çin ŞƏT, BRİKS, G20 platformalarında əməkdaşlığı gücləndirəcək.

Cinpin Ukraynadakı böhrandan da danışıb. O, ölkəsinin Ukraynadakı münaqişənin həlli məsələsində sülh və dialoqun tərəfdarı olduğunu söyləyib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!