22 fevral 2023 - 03:05
İİR-da 5,1 bal gücündə zəlzələ olub

İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasında bir daha zəlzələ olub.

Bu barədə Avropa – Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

5,1 bal gücündə baş verən zəlzələnin episentri İran İslam Respublikasının Bəndər Abbas şəhərindən 117 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, fevralın 21-də Bəndər Abbas şəhərindən 113 kilometr məsafədə 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

 

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!