29 yanvar 2023 - 19:21
Xoy şəhərində ciddi dağıntı var

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 816 nəfərə çatıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb. Qırmızı Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib. Həmçinin ölkənin müxtlif bölgələrindən tibbi və texniki yardımların göndərilməsinə start verilib.

Ötən axşam İranın Xoy şəhərində baş verən zəlzələ rixter şkalası ilə 5,8 bal gücündə olub.

 

342/