General Məhəmməd Baqiri təklif edib ki, dondurulmuş hesablardan əldə edilmiş pulla Avropa öz vətəndaşlarının qışda qızınması üçün kömür alsın.
İranlı general deyib: “Avropaya bir humanist təklifim var. Mən bu gündən sizə vəkillik verib bildiririəm ki, tətbiq etdiyiniz sanksiyalara əsasən ordu başçısı Məhəmməd Hüseyn Baqirinin dünyanın istənilən yerində olan hesablarını tapıb üzə çıxarın və orada olan pullarla vətəndaşlarınıza kömür alın. Çünki qarşıda sizi çətin qış gözləyir.”
Cənab Baqiri əlavə edib: “Əslində elə avropalıların özləri, ərbabları ABŞ-ın dalana dirənmiş yolunu getməklə özlərinə sanksiya tətbiq etmiş olurlar”.
342/