23 oktyabr 2022 - 19:14
Ərdoğan: Hicabla bağlı referendum keçirilsin!

Türkiyə prezidenti hicab məsələsinin referenduma çıxarılmasını təklif edib.

Rəcəb Təyyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.

“Gəlin, bu məsələni referenduma çıxaraq, xalq qərar versin”, – deyə o, şənbə günü Malatya şəhərindəki çıxışı zamanı bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan əsas qanunda qadınların müsəlman atributlarını geyinmək hüququnu təmin edən dəyişikliklərin hazırlanmasını təklif edib.

342/