11 oktyabr 2022 - 13:22
İndoneziya XİN: “Zelenski və Putin G20 sammitində iştiraklarını təsdiqləyiblər”

Retno Marsudi: "Dəvətimizə cavab hələ də müsbətdir".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin noyabrda Balidə keçiriləcək G20 sammitində iştirak edəcəklərini təsdiqləyiblər.

Bu barədə İndoneziyanın xarici işlər naziri Retno Marsudi Cakartada keçirilən mətbuat konfransında bildirib.

"Dəvətimizə cavab hələ də müsbətdir", - o deyib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!