26 sentyabr 2022 - 18:59
Yusif Əl-Qərzavi vəfat edib

Qətərin Əl-Cəzirə telekanalı bildirib ki, Dünya Müsəlman Alimləri Birliyinin təsisçisi Yusif Əl-Qərzavi Qətərin Doha şəhərində vəfat edib.

Ərəb dilli xəbər mənbələri daha əvvəl "Müsəlman Qardaşlar" hərəkatının mənəvi atası sayılan Yusif Əl-Qərzavinin Misirin o zamankı prezidenti Məhəmməd Mursinin hökumətinin devrilməsindən sonra bu ölkəni tərk edərək, Qətərdə məskunlaşdığını bildirmişdi.

Əl-Qərzavi 2004-cü ildən Dünya Müsəlman Alimləri Birliyinin rəhbəri idi. 

342/