8 sentyabr 2022 - 11:45
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin dövlət sərhədində atəşə tutulmasından xəbər verib.

MN-nın rəsmi internet səhifəsində yayılan məlumatda deyilir: Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Tovuzqala rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbavycan Respublikası ordusunun Kəlbəcər və Tovuz rayonları  istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Məlumatda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü bildirilib.

342/