4 sentyabr 2022 - 19:44
Türkiyədə bir azərbaycanlı qətlə yetirilib

Türkiyə mətbuatı İstanbulda baş verən atışmada bir azərbaycanlının qətlə yetirilməsindən xəbər verib.

 hadisə gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Türkiyə hüquq-mühafizə orqanları saxlanılan şübhəliləri belə təqdim ediblər: Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. Onların üzərindən 2 ədəd tapança aşkar edildiyi bildirilir.

342/