"Dəclə" kanalının məlumatına görə, Sədr hərəkatının tərəfdarları olan nümayişçilər Bağdadın mərkəzindəki Yaşıl Zonada prezident sarayına basqın ediblər.
Nümayişlə eyni vaxtda İraqın Birgə Əməliyyatlar Komandanlığı Yaşıl Zona ətrafında ciddi təhlükəsizlik tədbirləri görərək, etirazçıları dərhal Yaşıl Zonanı tərk etməyə çağırıb.
Təhlükəsizlik qüvvələri də nümayişçiləri dərhal Yaşıl Zonadan geri çəkilməyə çağırıblar və toqquşmaların və iraqlıların qanının tökülməsinin qarşısını almaq üçün ən yüksək səviyyədə təmkinliyə və qardaş münasibətinə sadiq olduqlarını vurğulayıblar.
Qeyd edək ki, Müqtəda Əs-Sədr bir dəfə 2014-cü ilin fevral ayında siyasətdən geri çəkilmişdi.
Müqtəda Əs-Sədr həmçinin, 2021-ci ilin iyul ayında Sədr Hərəkatına bağlı olan Saerun fraksiyasının İraqın növbədənkənar parlament seçkilərində iştirakdan imtina etdiyini açıqlamışdı.
342/