Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: “Ümid edirik ki, Xəyyam peykinin
kalibrlənmiş şəkilləri gələn həftə dərc olunacaq və bu peykin məlumatlarının
dövlət və özəl sektorlar üçün əlçatan olması üçün yaxın bir ay ərzində bu peykdən
operativ istifadəyə başlanacaq.”
Fars Xəbər Agentliyinin Elm və Tərəqqi Qrupunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, bu sözləri İİR Rabitə Nziri İsa Zarepur, İslam Hökuməti həftəsi və İİR-da 13-cü hökumətin bir illik yubileyi ərəfəsində, Rabitə Nazirliyinin ötən ildəki fəaliyyəti, gördüyü işlər və əldə etdiyi nailiyyətlər və bu nazirliyin növbəti ildəki planlarını izah edərkən verib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin evlər və müəssisələr üçün 20 milyon fiber optik əhatə dairəsinin yaradılmasına dair ən mühüm proqramına toxunan Zarepur deyib: Biz Rabitə Nazirliyində yüksəksürətli interneti insanlar üçün bir haqq hesab edirik və yüksək sürətli, keyfiyyətli və təhlükəsiz şəbəkəni bütün insanların istifadəsi üçün təmin etməkdən ötrü bütün səylərimizi əsirgəmirik.
O, İran məhsullarının beynəlxalq bazarlarda çıxa biləcəyini vurğulayaraq deyib: “Tezliklə İranın biliyə əsaslanan məhsullarının ilk partiyası “şəbəkə sənayesi”ndə ixrac ediləcək.
İran şirkətlərinin dənizdə optik lifi təmin etmək və qurmaq imkanlarına toxunan Zarepur həmçinin deyib: Mən qürur duyuram ki, biliklərə əsaslanan şirkətlərin özəl sektorunun köməyi ilə dəniz liflərini döşəmək və təmir etmək imkanımız var. Və yaxın həftələrdə Oman dənizində və ya Fars körfəzində ilk dəfə olaraq İranın bilik və təcrübəsindən istifadə edərək dənizin altındakı optik lifləri təmir edəcəyik.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!