30 may 2022 - 10:34
Ərdoğan bir daha NATO-nun genişləndirilməsinə qarşı çıxdı

Türkiyə prezidenti bir daha Finlandiya və İsveçi terrorizmin himayədarları kimi təqdim edib və buna görə, bu iki ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya üzv olmasına qarşı çıxıb.

ABNA24 Xəbər Verir ,  Azərbaycan Respublikasına səfərdən geri dönən Rəcəb Tayyıb Ərdoğan təyyarədə müxbirlərin suallarını cavablandırıb.

Finlandiya və İsveçə «PKK-ya dəstək vermək» kimi ittiham damğası vuran Türkiyə prezidenti üzünü müxbirlərə tutub və öncəki mövqeyini təkrar edib.

Nə qədər ki, Türkiyə prezidentiyəm, terrorizmə dəstək verən ölkələrin NATO-ya girişinə «bəli» deyə bilmərəm- deyə, Ərdoğan bildirib.

Ərdoğan əlavə edib: Əgər Amerika terrorizmlə mübarizədə öz vəzifəsinə əməl etməzsə, nə edəcəyik?- Biz özmüzü qoruyacağıq. Terrorizmlə mübarizə üçün bir yerdən icazə almayacağıq.

342/