ABNA24 Xəbər Verir , Sergey Lavrov bildirib: "Əgər Qərb münasibətlərin bərpası baxımından nəsə təklif etmək istəsə, Rusiya buna ehtiyac olub-olmadığını ciddi düşünəcək."
Nazir Qərbin rusofob mövqe tutmasının sürətindən heyrətdə qaldığını bildirib.
Lavrov hesab edir ki, döyüş meydanında Rusiyanın məğlubiyyətinə “can atanlar” yəqin ki, məktəbdə yaxşı oxumayıblar və Rusiyanın nə olduğunu bilmirlər.
Həmçinin, diplomatın fikrincə, Rusiya ölkənin təhlükəsizliyinə, iqtisadiyyatına və sosial sferasına təsir edən kritik sənayelərin inkişafını təmin etmək üçün Qərb tədarüklərindən asılılığını dayandırmalıdır.
Rusiya XİN başçısı əlavə edib ki, Moskva yalnız özünə və müstəqil siyasət aparan və etibarlılığını sübut edən dövlətlərə arxalanacaq.
342/