8 may 2022 - 20:37
Almaniya prezidenti: “Vahid Avropa evi xəyalı puç oldu”

“Mixail Qorbaçov bizə vahid Avropa evi yaratmaq perspektivini verdi. Amma bu gün vahid Avropa evi xəyalı puç oldu və onun yerini yeni kabus aldı. Bu gün mayın 8-i müharibə günüdür”, - deyə Almaniya prezidenti Avropaya qarçı müharibənin başlanğıcı olan Ukrayna müharibəsini nəzərdə tutaraq bəyan edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bazar günü Berlində Alman Həmkarlar İttifaqları Assosiasiyasının qurultayında çıxış edib.

TASS xəbər agentliyinin məlumatına görə, o, 77 il əvvəl Almaniyanı nasizmdən azad edən Qərb və Şərqdəki müttəfiqlərə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, indiyədək siyasətçilər Avropada bir daha müharibənin olmaması üçün çalışıblar.

“Mixail Qorbaçov bizə vahid Avropa evi yaratmaq perspektivini verdi. Amma bu gün vahid Avropa evi xəyalı puç oldu və onun yerini yeni kabus aldı. Bu gün mayın 8-i müharibə günüdür”, - deyə Almaniya prezidenti Avropaya qarçı müharibənin başlanğıcı olan Ukrayna müharibəsini nəzərdə tutaraq bəyan edib.

O, Avropanın bu müharibəyə münasibətdə həmrəy olduğunu da diqqətə çatdırıb.

“Həmrəylik həm də Aİ tarixində heç vaxt tətbiq etmədiyimiz radikal sanksiyalar vasitəsilə Rusiyaya təzyiq göstərməkdir”, - Ştaynmayer əlavə edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!