8 may 2022 - 20:30
Portuqaliya ZTR-lərini Ukraynaya göndərir

Mk.ru saytının bildirdiyinə görə, Portuqaliya Amerika istehsalı olan M113 ZTR-lərini verməyi nəzərə alıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Portuqaliya Ukraynaya kömək üçün 15 zirehli transportyor (ZTR) göndərmək qərarına gəlib.

Bu barədə mk.ru saytı məlumat verib.

Məlumata görə, Portuqaliya Amerika istehsalı olan M113 ZTR-lərini verməyi nəzərə alıb.

Ölkə, həmçinin Ukraynaya 5 ədəd 15,5 kalibrli haubitsa və əlli radio qurğusu göndərəcək.

Xatırladaq ki, fevral ayında Portuqaliya Rusiya vətəndaşlarına “qızıl” vizaların verilməsini dayandırdığını və Ukraynaya hərbi yardım etmək niyyətində olduğunu elan etmişdi.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!