4 may 2022 - 15:21
Azərbaycan Ordusunun mövqelərini atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycanın mövqelərini atəşə tutduğunu bildirib.

ABNA24 Xəbər Verir , Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində bildirilir ki, mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Mayın 1-də də həmin ərazidə Azərbaycan ordusunun mövqelərinin hədəfə alındığı bildirilmişdi.

Hər iki hücumda hərhansı itkinin olmadığı bildirilir.

342/