ABNA24 Xəbər Verir , Bu xəbəri Röyters informasiya agentliyi Livanın Qızıl Xaç Təşkilatına istinadla yayıb. Livanın təhlükəsizlik mənbələri də bu barədə Əlcəzirə telekanalına məlumat veriblər.
Livan medialarının məlumatlarına görə, on yardım avtomobili və təcili yardım maşını Livanın şimalında yerləşən Tripoli limanının sahilinə axışıb.
Sputnik informasiya agentliyinin verdiyi xəbərdə isə deyilir: Lİvanın baş naziri batmış qayığın və onun sərnişinlərinin şəraiti ilə tanış olmaq üçün bu ölkə ordusunun baş komandanı ilə əlaqə saxlayıb.
Livanın bir təhlükəsizlik mənbəyi də Sputnik-ə söyləyib: Livan ordusu qayığın batdığı məkana gəlməyə və sərnişinləri boşaltmağa müvəffəq olub. Onların əksəriyyətinin vəziyyəti yaxşıdır.
342/