16 aprel 2022 - 12:06
İraq xristianlarının müsəlmanlar üçün açdıqları iftar süfrəsi - Video

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İraqın şimalında yerləşən Mosul şəhərində bir qrup xristian Ramazan bayramı münasibətilə bu şəhərin müsəlmanları üçün iftar açır. Qeyd edək ki, 2003-cü ilə qədər Mosulda ən azı 45.000 xristian yaşayırdı, lakin indi, xüsusən də İŞİD-in şəhəri müvəqqəti ələ keçirməsindən sonra şəhərdə cəmi yüzə yaxın xristian qalıb. Papa Fransisk ötən il İraqa səfəri zamanı Mosul xristianlarını ziyarət edib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!