ABNA24 Xəbər Verir , "CNN"nin məlumatına görə, hipersəs raketin sınağı ABŞ prezidenti Co Baydenin Avropaya səfəri ərəfəsində həyata keçirilib.
CNN həmçinin öz mənbəyinə istinadən bildirib ki, ABŞ-ın hipersonik hava-reaktiv silah konsepsiyası çərçivəsində hazırlanan hipersəs raketi ilk uğurlu sınağında Sakit okean üzərində "B-52" strateji bombardmançı təyyarədən buraxılıb.
O, 19 min metrdən çox yüksəklikdə 480 kilometrdən çox məsafəni səs sürətini ən azı beş dəfə üstələyən maksimum sürətlə qət edib.
Raket ABŞ-ın Lockheed Martin aerokosmik şirkəti tərəfindən hazırlanmış silahların bir versiyasıdır.
Co Bayden hökuməti 2023-cü il üçün müdafiə büdcəsində səsdən sürətli raketlər də daxil olmaqla uzaq mənzilli raketlər üçün 7,2 milyard dollar tələb edib.
342/