Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Pakistanın baş naziri İmran Xan Pakistan xalqını xarici dövlətlərin (Amerikanın) Pakistanın daxili işlərinə etdiyi müdaxiləyə etiraz etmək üçün Pakistanın bütün şəhərlərində genişmiqyaslı nümayişlər keçirməyə çağırıb.
O, açıq şəkildə bildirib: “Məni devirmək cəhdi ABŞ-ın Pakistanın daxili siyasətinə açıq-aşkar müdaxiləsidir.”
İmran Xan əlavə edib ki, Pakistanın Vaşinqtondakı səfiri martın 8-də ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə təhdid məktubu alıb ki, İmran Xan hakimiyyətdən uzaqlaşdırılarsa, Pakistanı bağışlayacağıq və əks halda bunun nəticələri olacaq.
Pakistanın baş naziri qeyd edib: “(ABŞ rəsmiləri) Rusiyaya səfərinin İmran Xanın şəxsi qərarı olduğunu iddia edirlər. Qərar Xarici İşlər Nazirliyi, ordu və yüksək səviyyəli qurumlarla məsləhətləşmələrdən sonra qəbul edilib.”
İmran Xan heç vaxt istefa verməyəcəyini, parlamentin səsverməsini gözləyərək, heç vaxt heç kimə boyun əyməyəcəyini, Pakistan xalqının heç kimə təslim olmasına imkan verməyəcəyini və “bu oyunu sona qədər davam etdirəcəyini” əlavə edib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!