30 mart 2022 - 11:12
Rusiyalı nümayəndə danışıqları konstruktiv adlandırıb

Rusiyanın İstanbuldakı danışıqlardakı nümayəndəsi, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Rusiya və Ukrayna arasında danışıqları konstruktiv adlandırıb.

ABNA24 Xəbər Verir , Medinski bildirib ki, Ukraynanın təklifləri Rusiya prezidenti Vladimir Putinə çatdırılacaq.“Vladimir Putin və Volodimir Zelenski arasında görüş Rusiya və Ukrayna arasında XİN səviyyəsində sazişin imzalanması ilə eyni vaxtda mümkündür”, - V.Medinski vurğulayıb.

Riya Novosti də Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən bildirib ki, Ukrayna ilə sülh danışıqları üçün İstanbula gələn Rusiya nümayəndə heyəti bu gün Moskvaya geri qayıdacaq.

342/