ABNA24 Xəbər Verir , Medinski “Pervıy” kanalın efirində deyib: “Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, zəmanətçi dövlətlərin, habelə Rusiya Federasiyasının razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir”
Medenski eyni zamanda bildirib ki,“Kiyev və Çerniqov istiqamətlərində de-eskalasiya atəşkəs demək deyil”.
Onun sözlərinə görə, Rusiya müntəzəm olaraq heç olmasa Kiyev və Çerniqov istiqamətlərində de-eskalasiyaya səy göstərir.
Putinin köməkçisi Rusiyanın Kiyevi böyük hərbi riskə məruz qoymaq istəmədiyini vurğulayıb: “Biz bu şəhəri (Kiyev) əlavə hərbi riskə məruz qoymaq istəmirik”.
342/