25 mart 2022 - 17:15
Paşinyan: “Bakı ilə sülh danışıqları dərhal başlamalıdır”

Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması üçün Azərbaycanla təcili danışıqlara başlamağın vacibliyini açıqlayıb.

ABNA24 Xəbər Verir , Paşinyan hökumətin iclasında deyib: “Dünyada və regionda vəziyyət gərgindir, biz gərginliyin səviyyəsinin azaldılması və fundamental həll yollarının tapılmasında özümüzü məsul hesab edirik. Düşünürük ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”.

Onun sözlərinə görə, sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması üzrə tədbirlərlə paralel olaraq sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır.

342/