24 mart 2022 - 13:21
Türkiyə S-400-dən imtina etməyəcək

"Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina etməyəcək". Bu bürədə Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

ABNA24 Xəbər Verir , İsmayıl Dəmir qeyd edib ki, bu məsələ Türkiyə tərəfi üçün müzakirə mövzusu deyil:

“Bu məsələ əvvəllər də müzakirə olunub və indi biz Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdiririk. Türkiyə öz siyasətini və tutacağı yolu özü müəyyən edə bilər”, - Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

342/