22 mart 2022 - 07:11
Rusiya və Ukrayna razılaşmaya yaxındırlar

Türkiyənin xarici işlər naziri bildirib ki, Rusiya və Ukrayna atəşkəsin yaranmasına səbəb ola biləcək razılaşmaya yaxındırlar.

ABNA24 Xəbər Verir , Mövlud Çavuşoğlu bu gün verdiyi müsahibədə həmçinin deyib ki, ötən həftə Rusiya ilə Ukrayna arasında keçirilən müzakirələrdə iki tərəf arasında mühüm məsələlər barədə irəliləyişlər əldə olundu.

O, deyib: Deyə bilərik ki, əgər tərəflər hazırkı mövqelərindən geri çəkilməzlərsə, atəşkəsin əldə olunmasına ümid edirik.

Rusiya fevralın 24-ü səhər tezdən Ukraynaya hərbi hücum barədə göstəriş verdi. Bu hadisə Moskvanın Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk respublikalarının istiqlaliyyətlərini rəsmən tanımasından bir neçə gün sonra baş verdi.

342/