ABNA24 Xəbər Verir , dünən Ukrayna prezidenti Volodimir Zelenski ABŞ konqresinin üzvlərinə videomüraciəti zamanı Baydenə müraciət edərək dünyadan kənd və Baydendən kəndxuda təsəvvürü yaradaraq deyib: “Dünya lideri dünyanın lideri olmalıdır”.
Zelenskinin çıxışından bir neçə saat sonra Bayden Ukraynaya 800 milyon dollarlıq silah transferi əmrini imzalayıb və “dünya Ukraynanı dəstəkləməkdə və Putinə ağır bədəl ödəmək əzmimizdə birləşib” deyib.
Baydenin cümə axşamı imzaladığı fərman ABŞ-ın Ukraynaya yeni “təhlükəsizlik” yardımının ümumi məbləğini təkcə bu həftə 1 milyard dollara çatdırır.
Son paket silahların Müdafiə Nazirliyindən Ukrayna hərbçilərinə birbaşa təhvil verilməsindən ibarətdir. Buraya “onu qorumaq üçün Ukraynaya ən qabaqcıl sistemlərimizi göndərmək öhdəliyimizi nümayiş etdirən pilotsuz təyyarələr” daxil olacaq”, Bayden deyib.
Birdə ki, Vaşinqton müttəfiqləri ilə daha uzun mənzilli zenit sistemlərini Ukraynaya ötürmək üçün çalışır.
Pentaqon cümə axşamı bildirib ki, bu silahları ötürmək üçün tez hərəkət edəcək. Yerli mediaya görə, ABŞ Bayden administrasiyasının yeni silah paketi çərçivəsində Ukraynaya 100 Switchblade dron göndərməyi də planlaşdırır.
342/