17 mart 2022 - 05:42
Mirzoyan: Sərhədləri açmağa hazırıq

Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazır olduğunu bəyan edib.

ABNA24 Xəbər Verir , Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Anadolu Agentliyinə müsahibəsində deyib ki, türkiyəli həmkarından bu məqsədə çatmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnun olub.

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.

O sonra deyib: “Hesab edirəm ki, sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik. Sərhədlərin açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrə, xalqlar arasında münasibətlərə və regionun ümumi sabitliyinə müsbət təsir göstərəcək”.

342/