ABNA24 Xəbər Verir , Şeyx Əkrəm Əl-Kəəbi deyib: "Ərbil əməliyyatı tanınmış bir ailənin qucağında olan sionistlərin yuvalarını hədəfə alıb".
O, əlavə edib: Barzani ailəsi İraqı zəiflətmək və parçalamaq, bununla da İraq Kürdüstanı bölgəsini İraqdan ayırmaq üçün onun düşmənlərinə sığınacaq verir.
Əl-Kəəbi İraq Kürdüstanında Mossad-ın varlığını araşdırmaq üçün bir komitə yaratmaq çağırışını alqışlayaraq, deyib: "Bu Komitə İraqın Ərbil hökuməti üzərində suverenliyini möhkəmləndirməli və onun üsyanına son qoymalıdır".
O, bəzilərinin Ərbildə Mossadın varlığından xəbərsiz olduğu iddiasının təəccüblü olduğunu bildirib və deyib: "Məsələ tam aydındır. İŞİD-ə və İsrail Mossadına qarşı bizimlə birlikdə dayanan insanlara təşəkkür edirik və Ərbil əməliyyatında bir neçə itkinin olması ilə bağlı təsdiqlənmiş məlumatlar almışıq".
342/