ABNA24 Xəbər Verir ,“Ukrayna, Təhlükəsizlik zəmanəti verildiyi təqdirdə Rusiyanın neytrallıq tələbini müzakirə etməyə açıqdır, lakin bir qarış da olsa ərazi güzəşti etməyəcək”,-deyə İqor Jovkva deyib.
O, Ukraynanın diplomatik həll yoluna hazır olduğunu vurğulayıb və sabah Ukrayna və Rusiya xarici işlər nazirlərinin Türkiyə xarici işlər naziri ilə birlikdə görüşəcəyini xatırladıb: “Daha da vacibi, mənim Prezidentim Prezident Putinlə birbaşa müzakirələrə hazırdır. Biz geniş spektrli müzakirələrə hazırıq”,-deyə Ukraynalı rəsmi vurğulayıb.
O, əlavə edib ki, iki ölkənin Prezidentləri arasında bu cür görüş keçirilməsi üçün Ukraynanın ön şərti dərhal atəşkəs və Rusiya qoşunlarının ölkədən çıxarılmasıdır.
342/