ABNA24 Xəbər Verir , bu gün Moskva vaxtı ilə səhər saat 10-dan etibarən “sükut rejimi” elan edilib və altı humanitar dəhliz açılıb: "Biri Kiyevdən Qomelə; ikisi Mariupoldan Zaporojye və Rostov-na-Dona; biri Xarkovdan Belqoroda; Sumidən Belqoroda və Poltavadan ikisi”, deyə general-mayor İqor Konaşenkov bildirib.
Generalın sözlərinə görə, bütün ətraflı məlumatlar əvvəlcədən Ukrayna tərəfinə, eləcə də BMT, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin müvafiq strukturlarına verilib.
O qeyd edib ki, humanitar dəhlizlərin açılışı zamanı Rusiya hərbçiləri “pilotsuz uçuş aparatlarından istifadə etməklə evakuasiyanın davamlı obyektiv monitorinqini” həyata keçirəcək.
342/