7 mart 2022 - 05:12
“Ukraynaya silah göndərilsə də, nəticə dəyişməyəcək”

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Qərb dövlətlərinin Ukraynaya silah göndərməklə Putini durdura bilməyəcəklərini vurğulayıb.

ABNA24 Xəbər Verir ,Cihad Yaycı deyib ki, əgər Qərb Ukrayna üçün yardım etmək niyyətindədirsə, artıq gecdir. Çünki bundan sonra yardımlar nəticəyə təsir etməyəcək.

Onun sözlərinə görə, Avropa Birliyindən və ya NATO-dan hərbi yardım gələrsə, bunun Ukraynaya çatması müşkül məsələdir. Artıq Ukraynanın ordusu dağılmış vəziyyətdədir, ruslar Kiyevə qədər gedib çatıblar. Ukrayna artıq Rusiyanın qucağına buraxılıb. Bunu da Qərb edib.

342/