ABNA24 Xəbər Verir ,Ukraynada müharibənin davam etməsilə bir zamanda, bu hadisəyə beynəlxalq reaksiyalar dalğası davam edir. Rusiyaya qarşı beynəlxalq sanksiyalar, təhdidlər və diplomatik təzyiqlər artmaqdadır.
Fransanın paytaxtında etirazçılar əllərində Ukrayna bayrağı ilə yürüş keçirib, Rusiyadan öz qüvvələrini Ukraynadan geri çəkməsini tələb ediblər. Ukraynanın Fransadakı səfiri Vadim Omulçenko Paris küçələrindəki etirazçılar arasında olub.
Belə bir halda, yüzlərlə nəfər də Londonun mərkəzinə toplaşıb və Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı çıxıbdır.
Əllərində, üzərlərində «Avropanı qoruyun: Ukraynanı xilas edin!» ifadəsi yazılmış plakatlar tutan etirazçılar «Putini dayandırın, müharibənin qarşısını alın!» şüarı veriblər.
Almaniyanın Hamburq şəhərinin polisi də bildiribdir ki, bu şəhərdə otuz minə yaxın insan yürüş keçirib. «Ukraynada sülh, Avropada təhlükəsizlik» şüarı verən yürüş iştirakçıları Ukraynada savaşın bitməsini istəyiblər.
342/