28 fevral 2022 - 04:21
Azərbaycanlılar atəşə tutulub, üç nəfər ölüb

Odessa şəhərini tərk etmək istəyən azərbaycanlıların maşın karvanı atəşə tutulub.

ABNA24 Xəbər Verir , hadisə ötən gecə olub. Məlumata görə, sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən azərbaycanlıların olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.

Maşın karvanının atəşə tutulması nəticəsində 3 Azərbaycan Respublikası vətəndaşı həlak olub.

Qeyd edək ki, Ukraynadakı azərbaycanlılar rəsmi Bakını vaxtlı-vaxtında azərbaycanlıların Ukraynadan təxliyə edilməsində səhlənkarlığa yol verməkdə ittiham edirlər.

342/