23 fevral 2022 - 19:17
İngiltərəli terrorçular Əfqanıstana transfer edilir

İngiltərə Daxili Kəşfiyyat Xidmətinin rəhbərinin sözlərinə görə, Əfqanıstan da Suriya kimi Britaniya ekstremist qüvvələrinin toplaşdığı məkana çevrilə bilər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İngiltərə Daxili Kəşfiyyat Xidmətinin rəhbəri Ken Makkallum “Daily Mail”-ə bildirib ki, bəzi britaniyalı terrorçular Əfqanıstana səfər ediblər.

“Biz bəzilərinin Əfqanıstana getməyə cəhd etdiyini görürük və bu səbəbdən müttəfiqlərimizlə vəziyyəti izləyirik”, deyə Makkallum bildirib.

Onun sözlərinə görə, Əfqanıstan da Suriya kimi Britaniya ekstremist qüvvələrinin toplaşdığı məkana çevrilə bilər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!