21 fevral 2022 - 08:43
Ukraynanın bir kəşfiyyat PUA-sı vurulub

Rusiyanın ikinci dövlət telekanalı münaqişəli Donbas bölgəsində Ukraynanın bir kəşfiyyat PUA-nın vurulduğunu bildirib.

ABNA24 Xəbər Verir , Telekanal bu gün səhər saatlarında Ukrayna pilotsuzu ilə bağlı fraqmentlər yayıb. Bu fraqmentlərdə yarımhərbçilərin PUA-nı demək olar ki, salamat şəkildə yerə endirdikləri görünür.

Qondarma Luqansk Respublikasının polis rəsmisi bununla bağlı bildirib ki, Ukrayna PUA-sı Luqansk rayonunda uçarkən yerli qüvvələrin əlinə keçib.

Deyilənlərə görə, təqribən metr yarımlıq PUA, Donbas bölgəsində altmış kilometrlik uçuş edibdir.

342/