ABNA24 Xəbər Verir , bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş Amerika tərəfinin təhlükəsizlik zəmanətləri ilə bağlı cavabına yazılı reaksiyada deyilir.
"Biz ABŞ-ın Mərkəzi-Şərqi, Cənub-Şərqi və Baltikyanı ölkələrdə yerləşdirilən bütün silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israr edirik. Əminik ki, bu zonalarda milli potensial kifayət qədərdir. Biz bu mövzunu Rusiya müqavilə layihəsinin 4-cü və 5-ci maddələr əsasında müzakirə etməyə hazırıq”, - deyə sənəddə deyilir.
Rusiya XİN ABŞ-ın təhlükəsizlik təminatları ilə bağlı təklifinə mövqeyini açıqlayıb.
APA Rusiya XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, Moskva Vaşinqtonun təkliflərinə 11 səhifəlik cavab verib.
342/