Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Uttar Pradeş ştatının Pendari kəndinin 10 mindən çox əhalisi var və Hindistan paytaxtından 140 km aralıda yerləşir.
Bu kəndin girişində Həzrət Zəhra (səlamullahi əleyha) adına məktəb var idi. Məktəbin oğlanvə qız şagirdləri həyətdə dua edirdilər.
Bu tədris mərkəzinin yanından ötüb keçəndən sonra kəndin içərisinə keçdik və bir lövhə diqqətimizi çəkdi. Lövhədə İslam İnqilabının Banisi mərhum İmam Xomeyni və İslam İnqilabının hazırkı Ali Rəhbəri İmam Xamenei cənablarının digər Şiə təqlid mərcələrinin şəkilləri vardı.
Bu lövhə burada yaşayanların dinini göstəricisi idi. Kənddə su, yaşıllıq, iş və zəhmət dalğalanır, hər yerdə hərəkət və canlanma vardır. Əhalinin 90%-dən çoxunu Seyyidlər təşkil edir. Seyyidlər 800 ildən öncə bu kəndə gəlmiş və burada məskunlaşmışlar.
Camaat zöhr və əsr namazlarını qılmışdı və kənddə yerləşən İmamzadədən bu səs eşidilirdi: “Salam olsun sənə və ya Əmirəl-möminin”. Kənd dükanlarının üstündə Aşuranın əzəmətindən bəhs edən lövhələr vardı.
Əhalinin artmasına uyğun olaraq kənddə məscidlər və hüseyniyyələr inkişaf etdirilir və təmir olunur.
Yüzlərlə yerli sakin kəndin mərkəzində yerləşən İmamzadə məbədində açıq havada oturaraq öz nəsillərinin şəcərəsini araşdırır və keçmişini öyrənirdilər.
Bu şəcərə hazırda 30 illik araşdırmadan sonra tamamlanıb və hazırlanaraq kənddə saxlanılırki, hamı onların haradan gəldiyini və kim olduğunu, necə şərəfli və alicənab bir nəsildən törəndiklərini bilsinlər.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!