Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Quin və digər ABŞ diplomatları Kiyevdən Lvova qaçıblar.
Ukraynanın “European Pravda” nəşri ABŞ diplomatik xidmətindəki mənbəyə istinadən yazıb: “ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən nümayəndəsi nəşrə bildirib ki, səfirliyin əsas komandası, departament rəhbərləri və sair Lvovda çalışacaq. Amerika səfirliyinin Lvova köçürülməsi qərarı təcili olaraq qəbul edilib və təhlükəsizlik məqsədi daşıyır.”
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!