ABNA24 Xəbər Verir, ABŞ prezidentinin reytinqinin süqut etməsinin davamında cümə axşamı yayılan CNN telekanalının yeni rəy sorğusuna əsasən, amerikanların əlli səkkiz faizi bildirib ki, Baydenin fəaliyyətini təsdiq etmir. Respondentlərin təkcə qırx bir faizi onu təsdiq edibdir.
Amerika hökuməti müxtəlif hallarda, o sıradan xarici siyasət, korona epidemiyasının idarə olunması və inflyasiya ilə bağlı, siyasi cərəyanlar tərəfindən tənqid olunub.
Rəy sorğularının nəticələri demokratların noyabr ara seçkiləri haqda həyəcan siqnalı çalmalarına bais olub. Onlar xəbərdarlıq ediblər ki, belə bir aşağı reytinq, konqresin hər iki palatasında respublikaçılar qarşısında məğlubiyyət və onların nümayəndələr palatasına və senata yiyələnmələrilə nəticələnə bilər.
CNN-in rəy sorğusu 1527 yuxarıyaşlı amerikalının iştirakı ilə yanvarın onundan fevralın altısınadək rəqəmsal və ya telefon formasında keçirilib və onun xəta dərəcəsi, üç tam onda üç faiz olubdur.
342/