11 fevral 2022 - 14:32
İranın ticarət həcmi 2,8 dəfə artıb

İranın xarici işlər naziri bildirib ki, ötən altı ayda İranın ticarət həcmi 2,8 dəfə artıb.

ABNA24 Xəbər Verir, Hüseyn Əmir-Abdullahian Tehrandakı xarici səfirlər üçün təşkil edilmiş təbrik mərasiminin kənarında IRIB müxbiri ilə eksklüziv müsahibədə ilahi Fəcr ongünlüyünü təbrik etməklə belə deyib: Müvazinətli xarici siyasət, yəni dünyanın bütün bölmələri ilə əlaqələr formasında İran İslam Respublikasının maraqlarının izlənilməsi, cənab Rəisinin xalq və dəyişiklik yönümlü dövlətinin prioritetində durur.

O, əlavə edib: Bu çərçivədə biz həm öz səfərlərimizdə, həm də xarici heyətləri qəbul edərkən qonşumehvərlilik və Asiyamehvərlilik prioritetinə baxışla bu müvazinəti diqqət mərkəzində saxlamağa çalışmışıq.

342/