6 fevral 2022 - 12:29
Le Pen: “Prezident seçilsəm, Fransa NATO-nu tərk edəcək”

Qeyd edək ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fransada “Milli birlik” Partiyasından prezidentliyə namizəd Marin Le Pen seçkilərdə qalib gələcəyi halda ölkənin NATO-dan çıxacağını açıqlayıb.

“Biz öz maraqlarımızı müstəqil şəkildə müdafiə etməli, hərbi bloklar məntiqindən çıxmalıyıq. Buna görə də, bizi bundan sonra başqalarının münaqişələrinə çəkə bilməsinlər deyə NATO-nun birləşmiş komandanlığından çıxacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!