ABNA24 Xəbər Verir, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi iddia edib ki, bu, ABŞ-ın 2015-ci il razılaşmasına qayıtmaq üçün anlaşma əldə etmək üzrə olduğuna işarə deyil.
"Associated Press" xəbər agentliyi də yazıb ki, bu sanksiyalardan azadolma İranı, Tramp administrasiyasının 2015-ci ildə birtərəfli qaydada ondan çıxdığı nüvə anlaşmasına qayıtmağa təşviq etmək məqsədi daşıyır.
ABŞ-ın bu addımı Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində İranla əməkdaşlıq edən Rusiya, Çin və Avropadan olan xarici ölkələrə və şirkətlərə qarşı sanksiya təhlükəsini aradan qaldırır.
Müstəqil analitiklər deyirlər ki, İran iqtisadiyyatına heç bir müsbət təsiri olmayacaq bir neçə nüvə sanksiyalarının dayandırılması ABŞ-ın xoş niyyətinin əlaməti olmaqdan daha çox Ağ Evin "günahlandırma oyunu"na uyğundur. Əslində, danışıqların gedişi praktiki olaraq ABŞ-ın siyasi qərarlar qəbul etməsindən asılıdır və sanksiyaların məhdud hissəsinin götürülməsi daha çox şou xarakteri daşıyır.
İran nüvə anlaşmasının canlanması üçün ABŞ-ın bütün qanunsuz və zalımcasına sanksiyalarının ləğvini tələb edir.
342/