3 fevral 2022 - 20:03
Suriyada minlərlə İŞİD-çini həbsxanalardan qaçızdıran ABŞ-ın prezidenti İŞİD rəhbərinin öldürüldüyünü deyib - FOTO

Qeyd edək ki, Əbu İbrahim əl-Haşimi əl-Qureyşi 2019-cu ilin oktyabrında, ekstremist qrup əvvəlki lider Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiqlədikdən sonra İŞİD-in rəhbəri seçilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, qondarma “İŞİD” adlı terror qruplaşmasını ərsəyə gətirən ABŞ indi də İŞİD-in başçısının qətlə yetirdiyini iddia edir. Belə ki, ötən həftə ərzində minlərlə İŞİD terrorçularının Suriyadakı həbsxanalardan qaçızdıran ABŞ-ın prezidenti Co Bayden Suriyadakı ABŞ ordusunun İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin ölümündən sonra ekstremist qruplaşmaya rəhbərlik edən Əbu İbrahim əl-Haşimi əl-Qureyşini məhv etdiyini bildirib.

Həmçinin, Ağ Evin “Twitter” səhifəsində prezident, vitse-prezident Kamala Harris və Milli Təhlükəsizlik Qrupu üzvlərinin əl-Qureyşinin öldürülməsi əməliyyatını izləyən fotosu paylaşılıb.

Qeyd edək ki, Əbu İbrahim əl-Haşimi əl-Qureyşi 2019-cu ilin oktyabrında, ekstremist qrup əvvəlki lider Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiqlədikdən sonra İŞİD-in rəhbəri seçilib.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!