31 yanvar 2022 - 13:27
“The National İnterest” nəşrindən ABŞ-a tövsiyə: İİR-Azərbaycan arasındakı müvəffəqiyyətli danışıqlardan ibrət götür!

Son vaxtlara kimi İran və Azərbaycan arasında gərginlik hökm sürsə də, qısa zaman kəsiyində ölkələr arasında diplomatik münasibətlərdə və qarşılıqlı mənfəət doğuran məsələlərdə ciddi nailiyyətlər əldə olunub.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, “The National İnterest” nəşrindən ABŞ-a tövsiyə: “Xarici siyasətə qərəzsiz və balanslı yanaşma sayəsində Azərbaycanla İran səmimi və dürüst danışıqlar apara bildilər. Bu, ABŞ və İranın qarşılıqlı etimadsızlıq dairəsində ilişib qaldığı situasiyadan xeyli fərqlənir”.

“Birləşmiş Ştatlar və İran arasında Birgə Hərtərəfli Nüvə Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqlar davam etsə də, müşahidəçilər vaxtın daraldığını və kompromis əldə edilməməsinin ciddi beynəlxalq nəticələrə səbəb ola biləcəyini bəyan edirlər. Razılaşmaların əldə olunacağına şübhə ilə yanaşan amerikalı müşahidəçilər və xarici siyasət ekspertləri, yaxşı olardı ki, İran və Azərbaycan arasında uğurlu razılaşmaların ardıcıllığına diqqət yetirsinlər”.

Bu fikir Qərbin nüfuzlu “The National İnterest” nəşrində əks olunub.

Məqalədə vurğulanır ki, son vaxtlara kimi İran və Azərbaycan arasında gərginlik hökm sürsə də, qısa zaman kəsiyində ölkələr arasında diplomatik münasibətlərdə və qarşılıqlı mənfəət doğuran məsələlərdə ciddi nailiyyətlər əldə olunub.

“The National İnterest” qeyd edir ki, bu razılaşmalar ABŞ və İranın qarşılıqlı etimadsızlıq dairəsində ilişib qaldığı situasiyadan   xeyli fərqlənir. “Xarici siyasətə qərəzsiz və balanslı yanaşma sayəsində Azərbaycan və İran səmimi və dürüst danışıqlar apara bildilər. Bu, sırf Azərbaycanla İran arasında yaranmış son gərginlik əsasında geniş geosiyasi bəyanatlar verməyə və yanlış nəticələr çıxarmağa tələsən ekspertlərin diqqətindən yayınıb. Məsələn, son eskalasiya zamanı bəzi analitiklər İranın mövqeyini dəstəkləməyə tələsdilər. Bu cür ekspertlərin fikrincə, Bakı məqsədyönlü geosiyasi gündəmin bir hissəsi kimi İranla gərginliyi qəsdən artırmağa çalışırdı. Bir çox Qərb ekspertləri çox vaxt Azərbaycanın xarici siyasətinin mahiyyətini və məntiqini dərk edə bilmirlər. Bəzi keçmiş sovet ölkələrinin xarici siyasətini “qərbyönümlü”, “rusiyapərəst”, “israilyönlü” və s. kimi bəsit kateqoriyalara bölmək və bununla da dövlətlərin olması ehtimalını tamamilə inkar etmək xoşagəlməz bir tendensiya yaradır”.

Məqalənin sonunda vurğulanır ki, Azərbaycan-İran münasibətləri unikal, çoxşaxəli və mürəkkəbdir: “Təəssüf ki, İranla bağlı ənənəvi Qərb liberal təsəvvürlərindən hədsiz dərəcədə təsirlənən müşahidəçilər, bu münasibətləri izah edə bilmir və onların izahatları çox vaxt təbliğata çevrilir. İndi Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşması sınanılma mərhələsindədir”.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!