30 yanvar 2022 - 14:02
Nikki Heyli: Bayden və administrasiyası istefa verməlidir!

Nikki Heyli: Bayden Əfqanıstanı məhv etdi. O, bizi Rusiya ilə bu vəziyyətdə qoydu

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli cümə axşamı bildirib ki, prezident Co Bayden və onun vitse-prezidenti istefa verməlidir.

Hill xəbər saytının məlumatına görə, keçmiş Respublikaçı rəsmi, Baydenin son mətbuat konfransını “tamamilə rüsvay edici” və onun Rusiya və Ukrayna ilə bağlı dediklərini isə “məlumatlara uyğun olmayan” adlandırıb.

"Siz heç vaxt kartlarınızı göstərməməlisiniz, xüsusən də kartınız olmadıqda. Amma o (Bayden) məhz belə etdi"- deyə Nikki Heyli bildirib.

Donald Tramp administrasiyasındakı keçmiş diplomat əlavə edib: “Bayden ölkəmizi sevirsə, o və müavini [Kamala] Harris istefa verməlidir. Əgər düşmənlərimizə qarşı zəif görünsək, onlar nə istəsələr, edəcəklər”.

O, sözünün davamında deyib: “Mənim yeganə ümidim və duam odur ki, onlar özlərini toparlasınlar və başa düşsünlər ki, məsələ təkcə Amerika deyil, təkcə NATO deyil, məsələ bizim hamımız və təhlükəsizlik məsələsidir. Bu, güc və qüdrət məsələsidir”.

ABŞ-ın BMT-dəki keçmiş səfiri vurğulayıb: "Vəziyyətə nəzər salın. Biz təhlükəli vəziyyətdəyik. O, (Bayden) Əfqanıstanı məhv etdi. O, bizi Rusiya ilə bu vəziyyətdə qoydu”.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!