5 yanvar 2022 - 13:35
General Qaani ABŞ barəsində bildirib: "Öz üslubumuzda" qisas alacağıq!

General Qaani Donald Tramp, Mayk Pompeo və digər ABŞ rəsmilərinin Marşal Qasım Süleymaniyə qarşı terror əməliyyatında aşkarda və gizlində oynadığı rola toxunaraq deyib: “Qatillərin hamısı dünyanın azad adamlarının dəqiq nəzarəti altındadır."

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Qasım Süleymaninin öldürülməsinin ikinci ildönümü ərəfəsində, İslam Respublikasının səlahiyyətliləri Hac Qasım Süleymaninin terror edilməsinin səbəbkarlarını təhdid etməyə davam edir.

Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani cənabları çərşənbə axşamı, yanvarın 4-də Donald Tramp, Mayk Pompeo və digər ABŞ rəsmilərinin Marşal Qasım Süleymaniyə qarşı terror əməliyyatında aşkarda və gizlində oynadığı rola toxunaraq deyib: “Qatillərin hamısı dünyanın azad adamlarının dəqiq nəzarəti altındadır."

Sepahın Qüds Qüvvələrində Qasım Süleymaninin canişini təhdidlərini davam etdirərək əlavə edib: "Böyük qisas alınacaq, lakin bizim öz üslubumuz var.”

Bazar Ertəsi günü də İran İslam Respublikasının prezidenti Seyyid İbrahim Rəisi Qasım Süleymaninin şəhadətə yetirilməsinin ikinci ildönümü ilə bağlı çıxışında Donald Tramp və Mayk Pompeonu “qisas”la hədələyib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!