Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikası prezidenti Höccətül İslam və Müslimin Seyyid İbrahim Rəisi 3 yanvar bazar ertəsi günü İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinə görə qisas alınacağını vəd edib. Özünün dediyi kimi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühakimə olunmalıdır.
Fars Xəbər Agentliyinin məlumatına görə, İbrahim Rəisi bazar ertəsi Tehranın Müsəllasında etdiyi çıxışında ABŞ administrasiyasının keçmiş rəsmilərinin, o cümlədən o vaxtkı prezident Donald Tramp və Trampın dövlət katibi Pompeonu ədalətli mühakimə olunmasına çağırıb və vurğulayıb: “Onlar qisas olunmalı və Allahın hökmü onlar barəsində icra olunmalıdır.”
İbrahim Rəisi ABŞ hökumətini hədələyib ki, belə bir məhkəmə keçirilməsə, “Xalq intiqamını mütləq alacaq!”
İran İslam Respublikası prezidenti intiqamın necəliyi barədə ətraflı məlumat verməyib.
Bu arada Reuters mediaya istinadən yazıb ki, bazar günü İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasına məktub yazıb və ondan Marşal Qasım Süleymaninin qətlə yetirilməsi barəsində “ABŞ və İsraili” sorğulamağı xahiş edib.
Xatırladaq ki, dünya xalqlarının qanına əli bulaşmış Amerika Birləşmiş Ştatları Hacı Qasım Süleymanini Şəhadətə yetirdikdən bir neçə gün sonra Birləşmiş Millətlər Təşkilatına sui-qəsdin özünümüdafiə məqsədi daşıdığını söyləmişdi və ABŞ personalını və maraqlarını qorumaq üçün Qərbi Asiyada “lazım gələrsə” əlavə tədbirlər görməyə söz vermişdi.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!