ABNA24 Xəbər Verir, Höccətülislam Məhəmməd Cəfər Müntəziri İranın məhkəmə hakimiyyətinin ali şurasının iclasında general Süleymaniyə qarşı terror işinin məhkəmə cəhətdən izlənilməsi sahəsində məhkəmə aparatının gördüyü tədbirlər barədə məlumat təqdim etməklə əlavə edib: Bu namərdcəsinə terrorun məhkəmə cəhətdən izlənilməsi prosesi 2020-ci il yanvarın dördündən, yəni general Süleymani ilə onun silahdaşlarının şəhadətlərinin sabahısı günündən başlanıb.
İranın baş prokuroru, general Süleymaninin terrorundan sonrakı günlər və həftələrdə ölkənin təhlükəsizlik və xarici işlər nazirliklərinin ozamankı rəsmilərilə baş prokurorluğun bir neçə iclasının keçirilməsinə və bu barədə yazışmaya işarə ilə bildirib ki, bu iş ilə bağlı ittihamnamə məhkəməyə göndərilməyə hazırdır.
İran və İraqın ötən ildən bugünədək general Süleymaninin terroru işindəki geniş məhkəmə həmkarlığına işarə edən Müntəziri deyib ki, bu əməkdaşlıq qənaətbəxş tərzdə irəliləyir.
342/